Lavrov və Tillerson arasındakı görüş başa çatdı
Bizi izləyin

Dünya

Lavrov və Tillerson arasındakı görüş başa çatdı

Görüş təxminən beş saat davam edib.

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasındakı danışıqlar başa çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, görüş təxminən beş saat davam edib.

Diplomatlar Suriya, Ukrayna, Koreya Xalq Demokratik Respublikası və ikitərəfli münasibətləri müzakirə ediblər. Tillerson jurnalistlərlə ünsiyyətdən imtina edərək mehmanxanaya qayıdıb. Görüşdən sonra birgə mətbuat konfransının keçiriləcəyi gözlənilirdi.

Son məlumata görə, Rusiya prezidenti Vladimir Putin xarici siyasət idarələrinin başçılarını danışıqların tamamlanmasından sonra Kremldə qəbul edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm