Sergey Lavrov: "Moskva və Vaşinqtonun əməkdaşlığından bütün dünya udur"
Bizi izləyin

Dünya

Sergey Lavrov: "Moskva və Vaşinqtonun əməkdaşlığından bütün dünya udur"

."Tillersonla danışıqlar açıq və ətraflı keçdi".

"Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu Rusiya prezidenti Vladimir Putin qəbul edib. Putin-Tillerson görüşü iki sаatdan çox çəkib".

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.

O, Reks Tillersonla 5 saatdan çox danışıqlar apardığını söyləyib: "Daha sonra danışıqlar Kremldə davam etdirildi. Danışıqlar açıq və ətraflı keçdi. İkitərəfli münasibətləri, beynəlxalq gündəmdə olan vacib məsələləri müzakirə etdik".

Rusiya-ABŞ münasibətlərindən danışan Sergey Lavrov iki ölkə arasındakı münasibətləri pozmaq istəyənlərin olduğunu söyləyib: "Görürük ki, bizim münasibətlərimizə maneə olmaq istəyirlər. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlıq edəndə bundan nəinki xalqlarımız, bütün dünya udur". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm