ABŞ Suriyanı bombaladı – Yüzlərlə ölü
Bizi izləyin

Dünya

ABŞ Suriyanı bombaladı – Yüzlərlə ölü

Zərbələrin endirildiyi ərazinin üzərində ağ, daha sonra sarı bulud yarandı.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İŞİD terror qruplaşmasının Deyr-ez-Zor əyalətindəki kimyəvi silah anbarını bombalayıb.

Publika.az xəbər verir ki, bu haqda Suriya ordusunun Baş qərargahından bildirilib.

Bombardman nəticəsində zəhərlənmədən yüzlərlə İŞİD döyüşçüsü və dinc sakin həlak olub.

“Zərbələrin endirildiyi ərazinin üzərində ağ, daha sonra sarı bulud yarandı. Bu, böyük miqdarda zəhərli maddənin mövcudluğunu göstərir”, - xəbərdə deyilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm