Dünya
III Dünya müharibəsi və 600 qanadlı raket eyni anda... - SSENARİ - - VİDEO
“ABŞ Şimali Koreyaya genişmiqyaslı zərbələr endirəcəyi halda, bir neçə yüz qanadlı “Tomaqavk” raketi cəlb ediləcək. Amerika donanmasında bu raketlərlə təchiz edilmiş “Ohayo” sinfindən dörd sualtı qayıq var. Əgər onların hamısı cəlb edilərsə, onda Şimali Koreyaya 600 qanadlı raket buraxılacaq”.
Publika.az xəbər verir ki, bunu Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Pravda.ru-ya müsahibəsində deyib.
“Tamamilə aydındır ki, Şimali Koreyanın hava hücumuna qarşı müdafiəsi bu qədər raketin qarşısını ala bilməyəcək. Təsəvvür edək ki, zərbə vurulacaq və bu qanadlı raketlərin böyük əksəriyyəti öz hədəflərinə çatacaq. Sual ondan ibarətdir ki, Şimali Koreya cavab hərəkətlərinə hazırdırmı? Koreya Xalq Demokratik Respublikası raketləri və nüvə partlayıcı qurğuları artıq hansısa platformalarda yerləşdirə bilər. Axı, Şimali Koreyanın cavabı yalnız nüvə zərbəsidir. Və sonra nə olacaq? Üçüncü Dünya müharibəsi? ABŞ-ın nüvə silahının tətbiqinə birmənalı olaraq nüvə zərbəsi ilə cavab veriləcək”, - hərbi ekspert bildirib.
Onun sözlərinə görə, Pxenyan cavab zərbələri olaraq Yaponiya və Cənubi Koreyanı vura bilər: “Əminəm ki, çox güclü hərbi-siyasi əksdurma riski var. Dünya sadəcə Üçüncü Dünya müharibəsinin həddindədir. Anlamaq əhəmiyyətlidir ki, qanadlı raketlərlə Şimali Koreyanın bütün hərbi potensialını məhv etmək olmaz. Şimali Koreya qurudan hücum əməliyyatlarına başlaya bilər. Yəni, Koreya yarımadasında böyük quru müharibəsi yarana bilər. Nüvə silahının tətbiqi amilini də həmçinin nəzərə almaq lazımdır. Bundan başqa, Şimali Koreyanın xüsusi təyinatlı dəstəsi diversiyalar və terror aktlarının keçirilməsi üçün əla öyrədilib”.
İqor Korotçenkonun sözlərinə görə, ABŞ prezidenti istənilən addımları gözləmək olar: “Mən istənilən hərəkətləri istisna etməzdim. Şans əlli əlliyədir”.
Ömər
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı