Kim Çen In daha bir dəhşətli silaha malikdir - İDDİA
Bizi izləyin

Dünya

Kim Çen In daha bir dəhşətli silaha malikdir - İDDİA

Bölgədə müharibə riski çoxalır.

“Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) lideri Kim Çen In kütləvi qırğın silahı olan zəhərli qaz daşıyan raket başlıqlarına malik ola bilər”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Sindzo Abe ölkə parlamentində çıxışı zamanı bəyan edib.

Yapon baş nazir bildirib ki, əgər ABŞ-la müharibə başlayarsa, Şimali Koreya ordusu nüvə və ballistik raketlərlə yanaşı, zəhərli qazalar daşıyan raketlərdən də istifadə edə bilər: “Şimali Koreyanın zəhərli qaz daşıyan raket başlıqlarına malik olması ehtimalı böyükdür. Tərəflər arasında hərbi təhdid ritorikası artdıqca, bölgədə müharibə riski çoxalır. Tərəflər bunu nəzərə almalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm