• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Qırğızıstan da latın qrafikalı əlifbaya keçir

  • Dünya
  • 13 Aprel 2017 17:54
  • 654 Baxış
Qırğızıstan da latın qrafikalı əlifbaya keçir

Qazaxıstandan sonra Qırğızıstan da latın qrafikalı əlifbaya keçir.

Publika.az xəbər verir ki, bu barədə ölkə parlamentinin iclasında "Ata Meken" partiyasının deputatı Kanıbek İmanaliyev bildirib.

"Kiril əlifbası bizim mirasımızdır və təbii ki, biz yenə də ondan istifadə edəcəyik. Amma 2030-2040-cı illərə qədər demək olar ki, hamı latın qrafikalı əlifbaya keçəcək. Bu, dövrün tələbidir"- İmanaliyev əlavə edib.

Nazarbayev isə kiril əlifbasından tamamilə imtina etməsini daha effektiv cəmiyyətin formalaşması, müasirləşməsi və xarici ölkələrlə daha sürətli kommunikasiyanın qurulması ilə izah etmişdi.

Qırğızıstanda hal-hazırda kiril əlifbası istifadə olunur. Çinin ərazisində yaşayan qırğızlar ərəb yazısından istifadə edirlər. Keçən əsrin 30-cu illərində Sovet İttifaqında latın qrafikalı qırğız ədəbiyyatından istifadə olunub.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR