• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Dini ayin zamanı DƏHŞƏTLİ YANĞIN: 22 ölü, 87 yaralı

Dini ayin zamanı DƏHŞƏTLİ YANĞIN: 22 ölü, 87 yaralı

Seneqalın cənub-şərqində Qonasedə (Mədinə) keçirilən dini tədbir zamanı dəhşətli yanğın baş verib.

Publika.az "Frans Press" agentliyinə istinadən xəbər verir ki, yanğında 22 nəfər ölüb, 87 nəfər ağır yaralanıb.

Yanğın Qonase şəhərində baş verib. Zəvvarların məkanı hesab olunan Mədinədə bilinməyən səbəblərdən baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində yaralananlardan 20-nin vəziyyəti ağırdır. Ağır dərəcəli yanıq xəsarətləri alan insanlar təcili xəstəxanalara yerləşdirilib. Bir neçə nəfərin isə insan sıxlığında xəsarət aldığı bildirilib.

Yanğının səbəbi araşdırılır.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR