BƏƏ ilk dəfə kosmosa astronavt göndərəcək
Bizi izləyin

Dünya

BƏƏ ilk dəfə kosmosa astronavt göndərəcək

Bu BƏƏ kosmik araşdırma proqramında nəzərdə tutulub.

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) kosmosa astronavt göndərəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu BƏƏ kosmik araşdırma proqramında nəzərdə tutulub.

Proqramı Dubay hakimi şeyx Məhəmməd bin-Rəşid və Əbu-Dabinin varis şahzadəsi Məhəmmd bin Zayd imzalayıb.

BƏƏ-də Kosmik Araşdırma Mərkəzinin yaradılması da proqramda nəzərdə tutulub.

Məlumata görə, hələ 2015-ci ildə BƏƏ hökuməti 2021-ci ildə Marsa ilk peyk göndərəcəklərini bəyan edib. Bu ilin martında isə 2117-ci ildə Marsda şəhərciyin salınması məqsədi ilə dövlət kosmik araşdırma proqramı təsdiqlənib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Sultan bin-Salman 1985-ci ildə kosmosa uçub. O, ilk ərəb kosmonavtı sayılır. Sultan bin-Salman 1956-cı ildə Səudiyyə Ərəbstanında anadan olub. Kosmosda 7 sutka 1 saat 38 dəqiqə 52 saniyə qalıb.

Suriya Hərbi Hava Qüvvələrinin polkovniki Məhəmməd Faris 1987-ci ildə kosmosa uçub. O, 1951-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. 1987-ci il iyulun 22-də keçmiş SSRİ-nin “Soyuz TM-3” kosmik gəmisi ilə kosmosa uçub, iyulun 30-dək orada qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm