ABŞ Əfqanıstana “bombaların anası”nı atdı
Bizi izləyin

Dünya

ABŞ Əfqanıstana “bombaların anası”nı atdı

Əməliyyata hazırlıq bir neçə ay çəkib.

Amerika hərbçiləri Əfqanıstanda döyüşçülərin mövqelərini bombalaması zamanı ilk dəfə GBU-43 bombasından istifadə ediblər.
Publika.az
xəbər verir ki, bu haqda “Röyters” agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən bildirib.

Agentliyin xəbərinə görə, bomba Nanqarhar əyalətinə atılıb. Pentaqon bildirib ki, hədəf İŞİD terror qruplaşmasının istifadə etdiyi tunellər və mağaraları məhv etmək olub.

Əməliyyata hazırlıq bir neçə ay çəkib. Bombardmanın nəticələri haqqında məlumat verilməyib.

GBU-43 2003-cü ildə yaradılmış və dünyada ən güclü fuqas aviasiya bombasıdır. Onu həmçinin “bütün bombaların anası” adlandırılır. Bombanın partlayış gücü 11 ton trotil ekvivalenti təşkil edir. Bomba 140 metr radiusda olan hər şeyi məhv edir, qismən dağıdıcı təsiri isə episentrdən 1,5 kilometrə qədər özünü göstərir. Daha əvvəl bomba poliqonda iki dəfə sınaqdan keçirilib, amma heç vaxt döyüş şəraitində tətbiq edilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm