Peterburqda partlayış - Yaralanan var
Bizi izləyin

Dünya

Peterburqda partlayış - Yaralanan var

Hadisə yerinə polis cəlb edilib.

Rusiyanın Sankt-Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb. Partlayış nəticəsində əlsiz qalan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində partlayıb.

Hadisə yerinə polis cəlb edilib. Araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm