5 məktəbli qazdan zəhərləndi
Bizi izləyin

Dünya

5 məktəbli qazdan zəhərləndi

Uşaq klinik xəstəxanasına yerləşdiriliblər.

Ukraynanın Vinnitsk vilayətində bir neçə məktəbli qaz balonundan zəhərlənərək uşaq klinik xəstəxanasına yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə tibb müəssisəsinin baş həkimi Vasili Panenko "UNN" agentliyinə açıqlamasında bildirib.

O, qeyd edib ki, Vinniçk vilayəti uşaq klinik xəstəxanasına zəhərlənmə ilə əlaqədar beş şagird yerləşdirilib.

"Xəstəxanaya qaz balonunun sızmasıyla əlaqədar boğazda göynəmədən və baş ağrısından şikayət edən 12 məktəbli gətirilib. Onların hamısına tibbi baxış keçirilib və analiz edilib. Beş uşaq xəstəxanaya yerləşdirilib" – deyə o qeyd edib.

Baş həkim bildirib ki, məktəblilərin vəziyyəti ağır deyil, lakin həkimlərin müşahidəsi altındadırlar: "İki valideyn xəstəxanadan imtina edib. Vəziyyəti qənaətbəxş olan daha beş məktəblinin isə xəstəxanaya ehtiyacı yox idi" – deyə Vasili Panenko bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm