Rəsmi Moskva Gürcüstandan heyf çıxır - Lavrov separatçılarla rəsmi danışıqlara gedir
Bizi izləyin

Dünya

Rəsmi Moskva Gürcüstandan heyf çıxır - Lavrov separatçılarla rəsmi danışıqlara gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 18-19-u tarixlərində tanınmamış Abxaziya Respublikasında səfərdə olacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı Sergey Lavrovun tanınmamış Abxaziya Respublikasının prezidenti Raul Xadjimba ilə də rəsmi görüşləri nəzərdə tutulub.

Ancaq sözügedən səfər Gürcüstan hökuməti tərəfindən etirazla qarşılanıb.

Gürcüstanın daxili işlər naziri Mixail Janelidze Sergey Lavrovun Abxaziyaya səfərinin qanunsuz olduğunu bəyan edib.

Gürcü nazir bildirib ki, bu səfər beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaq deməkdir:

“Rusiyanın Xarici İşlər Nazirliyi səviyyəsində 2008, 2009 və 2011-ci illərdə Abxaziyaya qanunsuz səfərlər reallaşdırılıb. Növbəti bənzər səfər isə Lavrov tərəfindən nəzərdə tutulur. Bununla Rusiya bir daha beynəlxalq hüququn tələblərini heçə saydığını nümayiş etdirir”.

Mixail Janelidze qeyd edib ki, Rusiyanın hansı addımı atmasına baxmayaraq, BMT və digər beynəlxalq təşkilatlar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaharova nazir Sergey Lavrovun bu il aprelin 18-19-u tarixlərində Abxaziyaya səfər edəcəyini açıqlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm