Nüvə silahından istifadəyə bir neçə saat qaldı – YARIMADADA "QIRMIZI HƏYƏCAN"
Bizi izləyin

Dünya

Nüvə silahından istifadəyə bir neçə saat qaldı – YARIMADADA "QIRMIZI HƏYƏCAN"

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) rəhbərliyi ilə ABŞ dövləti arasında yaranan gərginlik nüvə müharibəsi riskini daha da artırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İnin ABŞ-a qarşı hərbi təhdidlərindən sonra ABŞ hərbi dəniz donanmasının aid nəhəng “USS Carl Vinson” təyyarədaşıyanı və döyüş gəmiləri Koreya yarımadası sularına daxil olub.

Eyni zamanda, Yaponiya donanması da Koreya yarımadası ətrafında üzür.

ABŞ-ın Müdafiə Nazirliyi isə iddia edib ki, Şimali Koreya ordusu nüvə sınaqlarına hazırlaşır.

Şimali Koreya lideri Kim Çen İn dünyaya müraciət edərək, aprelin 15-də “böyük gün”ün baş tutacağını bildirib. Aprelin 15-də Kim Çen İnin atası Kim İl-sungun doğulmasının 105-ci ildönümü qeyd olunacaq. Rəsmi Pxenyan həmin günü “Günəşin doğduğu gün” hesab edir.

Mütəxəssislər isə Koreya yarımadasında müharibə riskinin ən yüksək səviyyəyə çatdığını və “qırmızı həyəcan” elan olunduğunu bildirir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm