Türkiyənin baş naziri: “İstefa verəcəm”
Bizi izləyin

Dünya

Türkiyənin baş naziri: “İstefa verəcəm”

B.Yıldırım federallıq məsələsinin Türkiyə üçün çox həssas olduğunu vurğulayıb.

Türkiyədə aprelin 16-da referendumda səsverməyə çıxarılacaq konstitusiya layihəsi ətrafında müzakirələr davam edir.

Publika.az
xəbər verir ki, yeni konstitusiya layihəsinə “xeyir” deyən cəbhə referendumda “bəli” çıxarsa, Türkiyədə federal sisteminin yaradılacağını iddia edirlər.

Türkiyənin baş naziri Binəli Yıldırım isə bildirib ki, bu iddialar doğru deyil.

“Türkiyənin unitar dövlət quruluşu konstitusiyanın ilk üç maddəsində yer alıb. Buna baxmayaraq, federal sistemin olacağı ilə bağlı müzakirələr aparmaq bu ölkəyə böyük haqsızlıqdır. Əgər bu konstitusiyanın hər-hansı bir hissəsində federal sistem varsa, mən bu gün həm baş naziri postundan, həm də partiya sədrliyindən istefa verəcəm”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm