Amerika bazaları, prezidentin iqamətgahı... – Şimali Koreya vuracağı hədəfləri açıqladı
Bizi izləyin

Dünya

Amerika bazaları, prezidentin iqamətgahı... – Şimali Koreya vuracağı hədəfləri açıqladı

Prezidentin iqamətgahını bombalayacaq.

Şimali Koreya Silahlı Qüvvələrinin Baş qərargahı ABŞ-ın hücum edəcəyi halda vuracağı hədəfləri açıqlayıb.

Publika.az
xəbər verir ki, Şimali Koreya ABŞ-ın Yaponiyadakı hərbi bazalarını, Cənubi Koreyanı və Seulda prezidentin iqamətgahını bombalayacaq.

“Koreya Xalq Demokratik Respublikası “siyasi, iqtisadi və hərbi təxribat” olacağı təqdirdə, ABŞ-a önləyici zərbələr vuracaq”, - deyə Baş qərargahın açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-ın Koreya yarımadası sahillərinə hərbi gəmiləri göndərməsindən sonra gərginlik artıb. Hazırda Amerika donanması ilə yanaşı, Yaponiya və Cənubi Koreya qüvvələri də bölgədədir. Çinin isə Şimali Koreya sərhədinə 150 min əsgər yerləşdiyi deyilir. Rəsmi Pekin müharibə olacağı təqdirdə ola biləcək miqrant axınının qarşısını almaq və təhlükələri dəf etmək üçün bu addımı atıb. Şimali Koreya isə hərbi hazırlığını gücləndirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm