Məşhur muzey tarixi sənədləri satıb?
Bizi izləyin

Dünya

Məşhur muzey tarixi sənədləri satıb?

Qanunsuz yolla tarixi sənədləri satdığı iddia olunur.

Ermitaj muzeyinin indiyədək qanunsuz yolla tarixi sənədləri satdığı iddia olunur.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, Qərbi Avropa üzrə incəsənət sahəsinin mütəxəssisi Aleksey Larionov sosial şəbəkədə qeyd edib ki, muzey məxfi sayılan sənədlərin yayımı və surətinin çıxarılması ilə satışını həyata keçirib və Rusiya Mədəniyyət Nazirliyinin komissiyası muzeyə baxış keçirərək buna iradını bildirib.

Söhbət 1920-30-cu illərə aid arxiv sənədlərindən gedir. Muzey rəhbərliyi yayılan iddianı əsassız sayır, həmçinin bildirir ki, qeyd olunan komissiya tərəfindən hər hansı irad bildirilməyib. Əlavə olunub ki, hazırda qanuna uyğun olaraq arxivdə mövcud olan bütün sənədlərin təsnifatlandırılması prosesi gedir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm