Ruhaninin əsas rəqibi prezidentliyə namizəd oldu
Bizi izləyin

Dünya

Ruhaninin əsas rəqibi prezidentliyə namizəd oldu

Ən böyük hədəfi işsizliyi aradan qaldırmaqdır.

İranda prezident Həsən Ruhaninin əsas rəqiblərindən sayılan İbrahim Rəisinin prezidentliyə namizədliyi qeydə alınıb.

APA-nın məlumatına görə, İ. Rəisi adını bildirib ki, ən böyük hədəfi xalqın yaşayış səviyyəsini yaxşılaşdırmaq və işsizliyi aradan qaldırmaqdır.

“Məhz bu önəmli iş üçün seçkilərdə iştirak edirəm”, - deyə o vurğulayıb.

İranın yürütdüyü xarici siyasətə gəldikdə isə İ. Rəisi qeyd edib ki, formalaşdıracağı hökumət İsrail istisna olmaqla, bütün ölkələrlə yaxşı münasibətlər quracaq. “Dünya ölkələri ilə konstruktiv əməkdaşlıq etmək istəyirəm. Suriya ilə bağlı məsələyə gəlincə, düşünürəm ki, ölkənin taleyini Suriya xalqı həll etməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm