• USD 1,7000 0,00% EUR 2,0018 +0,07%
    • GBP 2,2239 +0,82% RUB 0,0233 -0,43%

Vladivostok-Pxenyan reysi təxirə salındı - HƏRBİ ƏMƏLİYYAT TƏHLÜKƏSİ

  • Dünya
  • 15 Aprel 2017 08:00
  • 822 Baxış
Vladivostok-Pxenyan reysi təxirə salındı - HƏRBİ ƏMƏLİYYAT TƏHLÜKƏSİ

Şimali Koreyanın "Air Koryo" aviaşirkətinin Vladivostokdan (Rusiya) Pxenyana həyata keçirməli olduğu reys Koreya Xalq Demokratik Respublikası və ABŞ arasında insident baş verə biləcəyi təhlükəsi səbəbindən 8 saat gecikib.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Avia.pro" agentliyi məlumat yayıb.

Reysin gecikdirilməsinə dair qərar aviaşirkət rəhbərliyi tərəfindən qəbul olunub.

"İlkin məlumata görə, ABŞ-ın hərbi gəmi və təyyarələrinin KXDR-yə zərbə endirmək niyyətində olmasına dair təhlükə mövcuddur", - deyə agentlik yazıb.

"Air Koryo" şirkətinin rəhbərliyi məsələyə münasibət bildirməyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR