Dünya
Əsədə AĞIR İTTİHAM: 100 tonlarla kimyəvi silahları...
2013-cü ildə Suriya ordusundan fərarilik etmiş general Zaher əs-Sakat iddia edir ki, hökumət yüzlərlə ton kimyəvi silahları Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından (KSQT) gizlədib. Bununla belə artıq üç ildir ki Suriyada olmayan Zaher əs-Sakat iddiasını heç bir dəlil təqdim etməyib.
Publika.az xəbər verir ki, general Zaher əs-Sakat 2013-cü ilədək Suriya Silahlı Qüvvələrinin 5-ci diviziyasının kimyəvi silah hissəsinin komandiri olub. 2013-cü ilin martında general ordudan fərarilik etsə də, məlumata görə, Suriyadakı bəzi rəsmi şəxslərlə əlaqəsini saxlayıb.
“Onlar (hakimiyyət) yalnız 1300 ton silaha malik olduqlarını etiraf ediblər, lakin biz bilirik ki, reallıqda kimyəvi silahların həcmi iki dəfə çoxdur... Onlar azı 2 min ton kimyəvi silaha malikdirlər”, - deyə Zaher əs-Sakat qeyd edib.
Generalın sözlərinə görə, gizlədilən kimyəvi silah ehtiyatı bir neçə yüz ton zarin, prekursor, kimyəvi vasitələrlə doldurulmuş aviabombalar və “Skad” raketləri üçün nəzərdə tutulmuş kimyəvi başlıqlardan ibarətdir.
Generalın sözlərinə görə, tonlarla kimyəvi döyüş sursatı Homs yaxınlığındakı dağlıq ərazidə yaradılmış gücləndirilmiş dayaq məntəqələrinə və Tartus yaxınlığındakı Cabla şəhərinə aparılmışdı.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO