Putin Trampa qarşı bütün bombaların "atası”nı çıxardı - - FOTO
Bizi izləyin

Dünya

Putin Trampa qarşı bütün bombaların "atası”nı çıxardı - - FOTO

Rusiyanın 2007-ci ildə təkmilləşdirdiyi vakum bombası FOAB məhz “bütün bombaların atası“dır.

ABŞ-ın Əfqanıstana bütün bombaların "anası” hesab olunan GBU-43 bombasını atmasından sonra Rusiya əks-həmlə edib.

Publika.az xəbər verir ki, Rusiya mediası Moskvanın əlində bütün bombaların "atası” olduğunu yazıb.

“Sputnik” agentliyinin məlumatına görə, Rusiyanın 2007-ci ildə təkmilləşdirdiyi vakum bombası FOAB məhz “bütün bombaların atası“dır.

Məlumata görə, bu bomba ABŞ-ın GUA-43/B bombasından daha güclüdür. Belə ki, GUA-43/B 11 ton dinamit daşıyır, lakin FOAB 44 ton dinamit tutumuna malikdir.

FOAB yerə düşmədən atmosferdəki oksigenin təsiri ilə havada partlayır və geniş ərazini məhv edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm