Rusiya mediasını izləyib, analiz edə bilənə 48 min dollar maaş - VAKANSİYA
Bizi izləyin

Dünya

Rusiya mediasını izləyib, analiz edə bilənə 48 min dollar maaş - VAKANSİYA

Böyük Britaniyanın cənub-şərqində yerləşən bir universitet Rusiyanın media sahəsini izləmək üçün elmi işçi vakansiyası açıb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, universitet üç illik qrant layihəsi olan “Qlobal media sahəsində Rusiyaya yenidən baxış: soyuq müharibədən informasiya müharibəsinə?” adlı layihə çərçivəsində işləyəcək əməkdaşa 48 min dollar maaş vəd edir (məbləğ 3 il üçündür).

Layihə çərçivəsində işçi soyuq müharibə illərindən bu yana həm qlobal mediaya müfəssəl yanaşmalı, həm də Rusiya mediasını fəal sürətdə izləməli, qarşılaşdırmalıdır. Bu dövr ərzində alınmış müsahibələr, verilmiş açıqlamalar izlənməklə yanaşı, həm də analiz edilməli, sosial şəbəkələrdə insanların reaksiyası öyrənilməlidir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm