Sergey Lavrov: “Əsəddə kimyəvi silah qalmayıb”
Bizi izləyin

Dünya

Sergey Lavrov: “Əsəddə kimyəvi silah qalmayıb”

Bu qədər ton kimyəvi silahın saxlanılması elə də asan məsələ deyil.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın fərari generalının Bəşər Əsəd hakimiyyəti ilə bağlı ittihamlarına cavab verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, S.Lavrov fərari generalın Suriya iqtidarını kimyəvi silahdan istifadə etməkdə günahlandırmasının doğru olmadığını bildirib:

“Fərari generalın Bəşər Əsədlə bağlı verdiyi ifadələrdən məlumatım var. Həmin general Suriyadan 2013-cü ildə qaçıb. Həmin il ABŞ və Rusiya arasında Suriyanın kimyəvi silahdan istifadəsinə qadağa qoyulması barədə qərar da qəbul edilib. Həmin proseslərdə fərari suriyalı general da iştirak edib. Ötən gün həmin general iddia edir ki, Suriyada Bəşər Əsəd ordusunun əlində 2 min ton kimyəvi silah var. Əgər fərari general doğrudan da bu məlumatlara malikdirsə, o zaman 2013-cü ildən bəri niyə susurdu? Bu qədər ton kimyəvi silahın saxlanılması elə də asan məsələ deyil. Hesab edirəm ki, həmin general təzyiq altında və ya mükafat müqabilində o cür çıxış edib. Bəşər Əsəd hökumətində kimyəvi silah qalmayıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm