Türkiyədə hakim partiyanın yerli rəhbərinin avtomobili atəşə tutuldu
Bizi izləyin

Dünya

Türkiyədə hakim partiyanın yerli rəhbərinin avtomobili atəşə tutuldu

Terrorçuların tutulması istiqamətində əməliyyat başlayıb.

Türkiyənin Van vilayətində hakim Ədalət və İnkişaf partiyasının Muradiyyə rayonu üzrə rəhbəri İbrahim Vanlının avtomobili PKK terrorçuları tərəfindən atəşə tutulub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İ.Vanlıya zərər dəyməsə də, hadisə nəticəsində onun digər avtomobildə olan qardaşı oğlu Adnan Vanlı ölüb, daha bir nəfər yaralanıb.

Məlumata görə, hadisə yerindən qaçan terrorçuların tutulması istiqamətində əməliyyat başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm