Kaliforniyada Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma
Bizi izləyin

Dünya

Kaliforniyada Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Kaliforniya ştatının Berkli şəhərində ABŞ prezidenti Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. 14 nəfərin polis tərəfindən saxlanıldığı qeyd olunur. Bildirilir ki, polisin müdaxiləsindən sonra qarşıdurmanın qabağı alınıb.

Qeyd edək ki, bu gün ABŞ-ın bir çox şəhərində prezident D.Tramp əleyhinə aksiyalar keçirilir. Etirazçılar prezidentin vergi bəyannaməsinin dərc edilməsini tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm