Venesuelada XAOS: 30 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

Venesuelada XAOS: 30 nəfər saxlanıldı

Etiraz aksiyası iğtişaşlarla nəticələnib.

Venesuelanın Los-Tekes şəhərində etiraz aksiyası iğtişaşlarla nəticələnib.

Publika.az xəbər verir ki, ən azı 30 nümayişçi saxlanılıb.

Aprelin 12-də ölkənin şimal-qərbindəki Lara ştatında etiraz aksiyaları zamanı 5 nəfər ölüb, 10-dan çoxu yaralanmışdı.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm