Referendum: 51,33 faiz Konstitusiya dəyişikliyini dəstəklədi (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Referendum: 51,33 faiz Konstitusiya dəyişikliyini dəstəklədi (YENİLƏNDİ)

Türkiyənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səslərin ilkin hesablanması başa çatıb.

Publika.az xəbər verir ki, ilkin məlumata əsasən seçicilərin 51,33 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

Qeyd edək ki, seçicilərin 84 faizi səsvermədə iştirak edib.

***

Türkiyədə referendumda bülletenlərin 98%-i sayılıb.

Publika.az xəbər verir ki, bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51,34 faizi Konstitusiya dəyişikliyini dəstəkləyib.

***

Türkiyədə keçirilən referendumda səslərin 97 faizinin hesablanmasından sonra əhalinin 51,69 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir.

Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, seçicilərin 48,31 faizi dəyişikliklərin əleyhinə səs verib.

***

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 81 faizinin sayılmasından sonra seçicilərin 53.6 faizi Konstitusiya dəyişikliyinin lehinə, 46.4 faizi əleyhinə səs verib.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

***

Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan ümumxalq səsverməsi ilə bağlı bülletenlərin sayılması prosesi davam edir.

Yerli vaxtla saat 17.40-dək bülletenlərin 19.72 faizi sayılıb. İlkin məlumata görə, sayılan bülletenlərə əsasən seçicilərin 64,19 faizi konstitusiya dəyişikliyinə “hə” deyib.

***

Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə başa çatıb.

Trend-in məlumatına görə, səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.

Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanıb.

Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edə bilər.

Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.

Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək.

***

Publika.az xəbər veriri ki, ölkənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da açılıb.

Türkiyənin digər regionlarında seçki məntəqələri bir saat gec, Bakı vaxtı ilə 09:00-da açılacaq və 18:00-a qədər işləyəcək.

Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur.

Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.

Vətəndaşlar öz seçki məntəqələrinin harada yerləşdiyini Ali Seçki Komissiyasının “www.ysk.gov.tr” veb-saytından öyrənə bilərlər.

Bu referenduma daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm