Şri-Lankada 22 nəfər zibilin qurbanı oldu - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Şri-Lankada 22 nəfər zibilin qurbanı oldu - (YENİLƏNDİ)

Şri-Lankanın paytaxtı Kolomboda zibil yığınının sürüşməsi nəticəsində 20 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.

Şri Lankanın paytaxtı Colomboda dünən zibil yığınlarının dağılması nəticəsində 22 nəfər ölüb.

Publika.az xəbər verir ki, hadisə zamanı xəsarət alan 12 nəfərin vəziyyəti ağırdır.

Rəsmilər 78 evin dağıdıldığını, 150-dən çoxunun isə ciddi zərər gördüyünü bildirib.

Zibil qalıqları altında qalan insanların axtarışı davam edir.

Qeyd edək ki, buna bənzər hadisə bir müddət öncə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində qeydə alınmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

***

Şri-Lankanın paytaxtı Kolomboda zibil yığınının sürüşməsi nəticəsində 20 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.

Publika.az Trend-ə istinadən bildirir ki, Şri-Lankanın baş naziri Ranila Vikramasinqxe deyib ki, insident 625 evə zərər vurub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm