Dünyada ən çox pul xərcləyən turistlər bəlli oldu
Bizi izləyin

Dünya

Dünyada ən çox pul xərcləyən turistlər bəlli oldu

Üçüncü yerdə 81 milyard dollarla almanlar qərarlaşıb.

Dünyada ən çox pul xərcləyən turistlər çinlilərdir. Ümumdünya Turizm Təşkilatı belə bir statistika paylaşıb. Belə ki, 2016-cı ildə çinlilərin ölkə kənarında xərci 261 milyard dollar təşkil edib.

Əslinə baxanda, bu qədər əhalidən gözlənilən rəqəmdir. Amma dünya bu xalqı nədənsə simic olaraq təsəvvür edir.

Çinlilər isə göründüyü kimi səyahət etməyi sevirmiş. Əsasən Yaponiya, Cənubi Koreya, Tayland, BƏƏ, ABŞ və bəzi Avropa ölkələrinə səfər edirlər.

İkinci yerdə isə amerikalılardır. Onlar da ötən il 122 milyard dollar pulu “göyə sovurublar”.

Üçüncü yerdə 81 milyard dollarla almanlar qərarlaşıb.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm