ABŞ 24 ildən sonra yenidən bu ölkəyə qoşun yeridir
Bizi izləyin

Dünya

ABŞ 24 ildən sonra yenidən bu ölkəyə qoşun yeridir

“Bu məqsədlə hökumət 101-ci hərbi hava qüvvələrindən istifadə edəcək".

Qoşunlarını 1993-cü ildə Somalidən geri çəkən ABŞ Silahlı Qüvvələri 24 ildən sonra yenidən bu ölkəyə hərbiçi göndərəcək.

Publika.az xarici mediaya istindən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, ABŞ Silahlı Qüvvələri “el-Şabab” terror təşkilatı ilə mübarizə aparmaq üçün Somali qoşunlarına dəstək verəcək:

“Bu məqsədlə hökumət 101-ci hərbi hava qüvvələrindən istifadə edəcək. ABŞ hərbiçiləri Somali ordusuna təlim keçəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm