Avropa Parlamentindən TƏHDİD: “Türkiyə yeni Konstitusiya ilə...”
Bizi izləyin

Dünya

Avropa Parlamentindən TƏHDİD: “Türkiyə yeni Konstitusiya ilə...”

Türkiyənin yeni Konstitusiya ilə Avropa İttifaqına üzv ola bilməyəcəyi dəqiqdir:

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyədə keçirilən referendumla bağlı bəyanat verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yazılı açıqlamada “Türkiyədəki bütün demokratlar üçün kədərli bir gün” ifadəsi işlədilib.

“Türkiyə əhalisi ədalətli olmayan bir seçki mühitində az fərqlə Ərdoğana nəzarətsiz səlahiyyət verən və avtoritar bir sistemə uyğun olan Konstitusiya paketinə dəstək verdi. Bu, Türkiyədəki bütün demokratlar üçün kədərli bir gündür”, - bəyanatda deyilir.

Qeyd edilir ki, Türkiyənin yeni Konstitusiya ilə Avropa İttifaqına üzv ola bilməyəcəyi dəqiqdir:

“Əgər paket dəyişdirilmədən tətbiq olunsa, bu vəziyyət Avropa İttifaqı ilə müzakirələrin təxirə salınmasına gətirib çıxaracaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm