Vaşinqton Moskvanın qarşı çıxdığı razılaşmanın icrasına başlayır
Bizi izləyin

Dünya

Vaşinqton Moskvanın qarşı çıxdığı razılaşmanın icrasına başlayır

"ABŞ və Koreyanın planlarına Rusiya və Çin kəskin etirazını bildirib".

Cənubi Koreya və ABŞ sonrakı təxribatlar olacağı halda Koreya Xalq Demokratik Respublikasını cəzalandırmaq niyyətindədir.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya prezident səlahiyyətlərinin müvəqqəti icraçısı, baş nazir Xvan Qe An ABŞ-ın vitse-prezidenti Mayk Penslə danışıqlardan sonra deyib.

Baş nazirin sözlərinə görə, raket əleyhinə THAAD sistemlərinin ən sürətli şəkildə Cənubi Koreyada yerləşdirilməsi barədə ABŞ-ın vitse-prezidenti ilə razılaşıb.

“Koreya-Amerika ittifaqı Koreya yarımadasında və şimal-şərqi Asiyada sülh və çiçəklənmə üçün dayaqdır”, - Xvan Qe An bildirib.

Qeyd edək ki, Şimali Koreya raketləri ilə əlaqədar təhdidi əsas gətirən Vaşinqton və Seul 2016-cı ildə THAAD sistemlərinin Cənubi Koreyada yerləşdirilməsi barədə razılaşıb. Cənubi Koreyanın “Renxap” agentliyinin məlumatına görə, ölkədə dörddən doqquza qədər THAAD batereyası quraşdırıla bilər. Onların hər biri eyni anda səkkiz raketi zərərsizləşdirə bilər. Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, raketə əleyhinə sistemin radiusu 200 kilometrdən çox deyil.

THAAD sistemlərinin Cənubi Koreyada yerləşdirilməsi barədə ABŞ və Koreyanın planlarına Rusiya və Çin kəskin etirazını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm