ABŞ Kremlin Avropa ilə bağlı planını açıqladı - QORXUNC SSENARİ
Bizi izləyin

Dünya

ABŞ Kremlin Avropa ilə bağlı planını açıqladı - QORXUNC SSENARİ

"Rusiya Avropada partlayıcı fəaliyyətlə məşğul olur".

"Rusiya Avropada partlayıcı fəaliyyətlə məşğul olur".

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster ABC telekanalına müsahibəsində deyib.

Lakin general dəqiqləşdirməyib ki, Rusiyanın məhz hansı hərəkətlərini zərərli hesab edir. Ancaq daha əvvəl Avropa və amerika siyasətçiləri qorxularını ifadə edib ki, avroskeptik namizədlərə kömək etmək üçün Rusiya Avropada seçkilərin gedişatına müdaxilə edə bilər.

Avropa Fransa “Milli Cəbhə” partiyasının ultrasağçı lideri, prezident seçkilərinin əsas favoritlərindən olan Marin Le Penlə bağlı xüsusi narahatlığı ifadə edirlər. Kremldə isə Marin Le Penə iltifatı gizlətmirlər. O, yaxın vaxtlarda hətta Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Ultrasağçı siyasətçi Rusiya prezidenti ilə görüşən tək prezidentliyə namizəd oldu.

İctimai rəy sorğularına əsasən, Marin Le Penin seçkilərin ikinci turuna çıxma şansı kifayət qədər böyükdür. Ancaq müşahidəçilərin çoxu hesab edir ki, o sentrist namizəd, keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona uduzacaq.

Amma seçkilərdə ABŞ-ın üçün açıq favorit yoxdur. Hərçənd “Milli Cəbhə” liderinin özü prezident seçkisi kampaniyasında Donald Trampa dəstəyini ifadə edirdi.

Öz növbəsində, Almaniyada parlament seçkilərində sosial-demokratlarının lideri Martin Şults kansler Angela Merkelin əsas rəqibidir. Moskva üçün seçkilərdə aşkar favorit yoxdur. Bununla belə Avropada bildirirlər ki, Rusiya sağ partiyaların namizədlərini etibardan salmaq və “Almaniya üçün Alternativ” partiyasına bundestaqda yerlərin əhəmiyyətli sayını toplamağa kömək etməkdə maraqlıdır.

Xatırladaq ki, Almaniyanın “Deutsche Welle” nəşri cari ilin fevral ayında “Almaniya üçün alternativ”in həmsədri Frauk Petrinin Moskvada müəmmalı görüşlər keçirdiyini yazır. F.Petrinin ofisi bu haqda xəbəri yaysa da, görüşlərə kimlərin qatıldığını və nədən danışıldığını açıqlamayıb, sadəcə, onun Moskvaya Rusiya ilə Almaniyanın regional cəmiyyətləri arasında əməkdaşlığı müzakirə etməyə getdiyini bildirib. Məlumatda partiya liderinin səfər çərçivəsində Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə və onun müavini Pyotr Tolstoyla görüşdüyü də qeyd olunub.

“Deutsche Welle” V.Volodinin Rusiya prezidenti Vladimir Putinin yaxın adamı, Rusiyanın ən nüfuzlu siyasətçilərindən biri olduğunu vurğulayır. Onun parlamenti idarə etdiyini, seçkiləri necə təşkil etdiyini ölkənin daxilində də, xaricdə də çoxları bilirlər.

Fransanın “Milli Cəbhə” partiyasından fərqli olaraq, “Almaniya üçün alternativ”in Rusiya tərəfindən maliyyələşdirməsi haqda faktlardan hələ kimsə danışmır. Amma “Deutsche Welle” sözügedən partiyanın, eləcə də digər millətçi qrupların son zamanlar Moskva ilə yaxınlıq etdiyini, rus mətbuatının Almaniyadakı millətçi siyasətçilərlə tez-tez ünsiyyətdə olduğunu vurğulayır. Kremlin vəsaitiylə çalışan “Russia Today” kanalının alman dilində də səhifəsi var və bu səhifədə, əsasən, alman millətçilərindən sitatlar gətirirlər.

Partiya liderlərinin çoxsaylı bəyanatlarına görə, “Almaniya üçün alternativ” rusiyayönlüdür və hətta Putinə meyllidir. Partiyanın proqramında bu açıq şəkildə ifadə olunmur. Mətndə yalnız Avropada təhlükəsizliyin təmin olunması üçün Rusiya ilə münasibətlər "son dərəcə əhəmiyyətli" hesab olunur. Rusiyaya meylli olan partiyanın şüarlarından biri "avrosuz və islamsız Almaniya"dır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ekspertlər qeyd edirlər ki, Almaniyada böyük rusdilli diaspora var və onların bir hissəsi millətçi partiyalara rəğbət bəsləyir. Bildirilir ki, Rusiya bu əhval-ruhiyyədən öz xeyrinə istifadə edə bilər. Ancaq yaxın vaxtlarda aparılmış araşdırmaya əsasən, Almaniya xüsusi xidmət orqanları Almaniyada Rusiya informasiya kampaniyasının hər hansı sübutlarını aşkar edə bilmədi. “Süddeutsche Zeitung” nəşri ölkənin xüsusi xidmət orqanlarına istinadən bildirib ki, federal kəşfiyyat və Konstitusiyanın mühafizəsi üzrə idarə sözügedən sübutları əldə etmək üçün bir il ərzində apaşdırma aparıb.

Avropanın millətçi partiyalarının liderləri prezident seçkilərində Donald Trampı dəstəkləməsinə baxmayaraq, hazırda susqunluq müşahidə edilir. Trampın özü Böyük Britaniyanın Avropa İttifaqından çıxışı üçün keçirilən referendumun nəticələrindən razılığını ifadə edirdi. ABŞ prezidenti indi isə bildirir ki, Avropa İttifaqı krallığın onun tərkibindən çıxmasından sonra daha güclü olacaq.

Trampın Avropa İttifaqındakı sərt tənqidçiləri isə ona öz münasibətini dəyişdirməyə başlayırlar. ABŞ-ın Suriya ordusuna məxsus bazaya aviazərbələrindən sonra Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker qeyd edib ki, Tramp tarixin nəfəsini hiss etməyə başlayır.

Qeyd edək ki, general Herbert Makmaster yeni Amerika administrasiyasının xarici siyasətində “müharibə partiyası”nın üzvlərindən biridi. O, Rusiya səfiri Sergey Kislyakla danışıqları Ağ Evdən gizlədən Maykl Flinni əvəz edib. Makmaster Rusiyaya sərt münasibəti ilə seçilir. General 2015-ci ilin fevralında Donbasdakı hadisələrlə əlaqədar Rusiyaya qarşı “ön sərhədlərdə saxlama” prinsipini tətbiq etməyi məsləhət görürdü. O həmçinin Rusiyanı “hibrid müharibə”ni aparmaqda ittiham edirdi.

“Anlamaq lazımdır ki, müharibə rəqabətdir və yalnız döyüş cəbhəsində aparılmır. Rusiya rusdilli azlıqların müdafiəsi bəhanəsi ilə siyasi partlayıcı fəaliyyətlə məşğul olur”, - Herbert Makmaster hesab edir.

Bir müddət əvvl təhlükəsizlik məsələləri üzrə ekspert, “Warsaw Enterprise Institute” analitik mərkəzinin əməkdaşı Ancey Talaqa “Fronda.pl” saytına müsahibəsində bildirmişdi ki, Avropada xaos və radikallaşma rusiyalılara maraqlıdır.

“Əgər Avropa seçiciləri daha radikal olarsa, onlar radikal partiyalara, yəni rusiyayönlü qüvvələrə səs verməyə başlayacaqlar. Məsələn, Fransada “Milli cəbhə”, Almaniyada “Almaniya üçün Alternativ” və Macarıstanda “Ən yaxşı Macarıstan üçün” bu cür qüvvələrdir”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm