Seul və ABŞ bazaları məhv ediləcək - Rusiyadan XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Seul və ABŞ bazaları məhv ediləcək - Rusiyadan XƏBƏRDARLIQ

"ABŞ öz bazalarını Koreyanın cavab zərbəsindən qoruya bilməyəcək".

"ABŞ öz bazalarını Koreya Xalq Demokratik Respublikasının (KXDR) cavab zərbəsindən qoruya bilməyəcək".

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib.

Senatorun sözlərinə görə, ABŞ Seulu və Cənubi Koreyadakı bazalarını Pxenyanın cavab zərbələrindən tamamilə qorumağa qadir deyil.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pxenyanın nüvə və raket proqramlarının dayandırılması üçün istənilən addımlara hazır olduqlarını açıqlayıb. Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens də iki Koreya dövlətinin sərhədində silahsızlaşdırılmış zonaya səfəri zamanı təsdiq edib. Pens bildirib ki, Vaşinqtonun KXDR barəsində səbri artıq tükənib.

Pxenyan isə təxribatlar olacağı halda, ABŞ-ın regiondakı bazalarına zərbələr vuracağını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm