Alman ekspert: “Türkiyəyə həqiqəti demək lazımdır ki...”
Bizi izləyin

Dünya

Alman ekspert: “Türkiyəyə həqiqəti demək lazımdır ki...”

Türkiyə Yaxın Şərq regionunda həmişə NATO-nun ən vacib partnyoru olaraq qalacaq.

Türkiyədə keçirilən referendumun nəticələri Mustafa Kamal Atatürkün sekulyar demokratik ölkəsinin sonunu bildirir.

Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, bunu Fridrix Ebert adına Alman Fondunun filialının rəhbəri, alman eksperti Mirko Xempel bildirib.

“İndi Türkiyə dini inkişaf yolu ilə gedəcək və ən böyük təcridlə qarşılaşacaq. Avropa İttifaqına aparan yolun sonu gəlib”, - ekspert “Valday” beynəlxalq diskussiya klubu tərəfindən təşkil edilmiş mətbuat konfransında deyib.

O, eyni zamanda əlavə edib ki, Türkiyə Yaxın Şərq regionunda həmişə NATO-nun ən vacib partnyoru olaraq qalacaq.

Mütəxəssisin sözlərinə görə, Avropa ölkələrinin, xüsusi halda Almaniyanın referendumun nəticələrinə reaksiyası çox praqmatik oldu: “Bu ona görə oldu ki, biz hamımız Türkiyəyə nə qədər ehtiyac olduğunu bilirik. Gələcəkdə də Türkiyə Avropa İttifaqı üçün maraqlı ölkə olacaq. Brüssel Ankara üçün ixrac və idxal üzrə ən böyük partnyordur. Nəhayət, Avropa İttifaqı Türkiyəyə həqiqəti danışmağa məcburdur ki, o, Avropa İttifaqının üzvü roluna əlverişli deyil. Ankaraya qarşılıqlı əməkdaşlıq və dinc qonşuluğunun düsturunun hazırlanması təklif edilməlidir”.

Qeyd edək ki, dünən Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.

Almaniya hökumətinin bəyanatında deyilir ki, Berlin referendumun ilkin nəticələrini tanıyır və Türkiyə vətəndaşlarının etdiyi seçimə hörmət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm