“Biz istənilən vaxt bunu edəcəyik” - Vaşinqtona GÖZDAĞI
Bizi izləyin

Dünya

“Biz istənilən vaxt bunu edəcəyik” - Vaşinqtona GÖZDAĞI

ABŞ Pxenyana qarşı hərbi vasitələrdən istifadə etsə...

Şimali Koreya beynəlxalq qınağa və Birləşmiş Ştatlarla hərbi gərginliyin artmasına baxmayaraq, raket sınaqlarına davam edəcək.

Publika.az xəbər verir ki, bu haqda BBC News telekanalına müsahibəsində Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirinin müavini Xan Sonq Rel bildirib.

“Biz həftəlik, aylıq və illik əsasda raket sınaqlarını keçirəcəyik”, - Şimali Koreya məmuru bildirib. O, həmçinin ABŞ-ın Pxenyana qarşı hərbi vasitələrdən istifadə edəcəyi halda genişmiqyaslı müharibənin başlanacağı barədə xəbərdarlıq edib.

Daha əvvəl KXDR-nin BMT-dəki daimi nümayəndəsi Kim İn Ren bildirib ki, ABŞ regionda təhlükəli vəziyyət yaradıb və nüvə müharibəsi istənilən vaxt başlana bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm