Feysbukda canlı yayımda cinayət
Bizi izləyin

Dünya

Feysbukda canlı yayımda cinayət

Cinayət törədən şəxsin tapılmasına kömək edəcək şəxsə 50 min dollar mükafat veriləcək

Feysbuk şirkətinin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti Castin Osofskin sosial şəbəkədə zorakılıq məzmunlu video görüntülərin yayılmasına qarşı önləm tədbirlərinin təkrar gözdən keçirmək lazım olduğunu deyib.

Publika.az xəbər verir ki, bu məsələ keçən günlərdə ABŞ vətəndaşının canlı yayımda cinayət törətməsilə əlaqədar yenidən gündəmə gəlib.

Amerika polisi canlı yayımda cinayət törədən şəxsin tapılmasına kömək edəcək şəxsə 50 min dollar mükafat vəd edib.

Qətlin anbaan görüntüləri şəbəkədə 2 saata yaxın qalıb. Daha sonra Feysbuk rəsmiləri görüntüləri şəbəkədən çıxara biliblər.

Castin Osofski bu proseduru aktivləşdirməyin səbəbini belə izah edib: "Biz bu funksiyanı insanların müxtəlif qanun pozuntularını, qeyri-standart hadisələri cəmiyyətə daha tez və dəqiq çatdırmaları üçün nəzərdə tutmuşduq".

Feysbukun vitse-prezidenti həmçinin onu da bildirib ki, şirkət cinayətkarın birinci videosu haqqında bildirişləri almayıb. Moderatora ikinci video ilə bağlı bildiriş görüntülər yükləndikdən 1 saat 45 dəqiqə sonra gəlib. Daha sonra görüntülər şəbəkədən çıxarılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm