Tramp Ərdoğana təşəkkür etdi
Bizi izləyin

Dünya

Tramp Ərdoğana təşəkkür etdi

Telefon söhbəti zamanı liderlər Suriya ilə bağlı məsələni müzakirə ediblər.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyaya raket zərbəsini dəstəkləyib.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp həmkarı R.T.Ərdoğanı referendumla bağlı təbrik edib. Telefon söhbəti zamanı liderlər Suriya ilə bağlı məsələni müzakirə ediblər. Türkiyə ABŞ-ın bu istiqamətdəki addımlarını tamamilə dəstəklədiyini bildirib.

Ağ evin mətbuat xidmətinin yaydığı məlumata görə, prezident Tramp ölkəsi adından göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib.

Xatırladaq, ABŞ aprel ayının 4-də İdlib əyalətinin Xan-Şeyxun şəhərində baş verən kimyəvi hücümlarda Bəşər Əsədi günahlandırır.

Dəməşq və Moskva isə Suriya ordusunun kimyəvi silahlara sahib olmadığını vurğulayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm