Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 10 məktəbli xəstəxanalıq oldu
Bizi izləyin

Dünya

Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 10 məktəbli xəstəxanalıq oldu

Araşdırmalar aparılır, hadisənin səbəbi tam olaraq müəyyən edilməyib.

Qırğızıstanın Balıkçı ərazisində yerləşən məktəblərdən birində şagird və müəllimlər naməlum qazdan zəhərləniblər.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Fövqəladə hadisə 3 nömrəli məktəbdə qeydə alınıb.

5 şagird ağır vəziyyətdə şəhər xəstəxanasının reanimasiyasıya bölməsinə yerləşdirilib. Daha 5 nəfər isə travmatologiya bölməsinə aparılıb.

Yüngül xəsarət alanlara hadisə yerinə gələn tibb briqadası ilkin yardım göstərib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, həkimlər və yanğın söndürənlər cəlb olunub.

Araşdırmalar aparılır, hadisənin səbəbi tam olaraq müəyyən edilməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm