Kremldən Şimali Koreya XƏBƏRDARLIĞI: Fitnəkar hərəkətlərdən...
Bizi izləyin

Dünya

Kremldən Şimali Koreya XƏBƏRDARLIĞI: Fitnəkar hərəkətlərdən...

"Biz bütün ölkələri hazırki vəziyyətlə əlaqədar təmkinli olmağa çağırırıq".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Şimali Koreyaya gözlənilməz addımlarla bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Dimitri Peskov çıxışında Rusiyanın mövqeyinin açıq-aşkar bəlli olduğunu deyib:

"Biz bütün ölkələri hazırki vəziyyətlə əlaqədar təmkinli olmağa çağırırıq. Rusiya Şimali Koreya probleminin nizama salınması istiqamətində ölkələri heç bir yanlış hərəkətə yol vermədən beynəlxalq səviyyədə həll olunmasına dəvət edir".

Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov çıxışında Vaşinqtonun Koreya Xalq Demokratik Respublikası barəsində birtərəfli addımlardan çəkinəcəyinə ümid etdiyini demişdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm