Tramp-Ərdoğan danışığının detalları açıqlandı - VİDEO
Bizi izləyin

Dünya

Tramp-Ərdoğan danışığının detalları açıqlandı - VİDEO

"Birlikdə görəcəyimiz əhəmiyyətli işlər var”

Dünən ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı telefon söhbətinin detalları məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanı referendumda qazanılan qələbəyə görə təbrik edən Tramp ABŞ və Türkiyənin birlikdə görəcəyi əhəmiyyətli işlərin olduğunu deyib.

ABŞ-ın Suriyada həyata keçirdiyi hava hücumlarına Türkiyənin verdiyi dəstəyə görə təşəkkür edən Tramp rejimin hücumlarına daha çox səssiz qala bilməyəcəklərini bildirb.

“Suriya, İraq və PKK mövzusunda əməkdaşlıq edəcəyik. Birlikdə görəcəyimiz əhəmiyyətli işlər var”, - ABŞ prezidenti vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm