• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Kolbasa Lukaşenko ilə Timoşenkonu BİR-BİRİNƏ VURDU

  • Dünya
  • 18 Aprel 2017 19:00
  • 684 Baxış
Kolbasa Lukaşenko ilə Timoşenkonu BİR-BİRİNƏ VURDU

Belarus prezidenti Aleksandr Lukaşenko və Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonun münasibəti kolbasa üstündə pozulubmuş. Bu barədə Ali Radanın deputatı Vadim Denisonko məlumat verib.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, hələ 2007-ci ildə Timoşenko Ukraynanın baş naziri olarkən Lukaşenko Pasxa bayramı öncəsi Yuliya Timoşenkoya bir səbət xüsusi hazırlanmış kolbasa yollayır. Səbəti alan mühafizəçilər onu Timoşenkoya təqdim etməyiblər. Sonradan məlum olub ki, mühafizəçilər çoxsaylı hədiyyələrin içində kolbasalardan heç kimin xəbər tutmayacağını düşünüb onları rahatlıqla həzm-rabedən keçiriblər.

Üstündən bir həftə keçəndən sonra Lukaşenko zəng vurub xanım nazirdən soruşur ki, “Kolbasam necəydi?” Qadın sualdan çaşır və onu ikibaşlı anlayır. Lukaşenko başa düşür ki, o, nəinki kolbasadan dadıb, heç xəbəri də olmayıb. Nəticədə bir tərəf xoşagəlməz sualdan, digər tərəf isə hədiyyəyə olan etinasızlıqdan inciyir.

Şəfiqə ŞƏFA

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR