28 miqrant susuzluqdan və aclıqdan öldü
Bizi izləyin

Dünya

28 miqrant susuzluqdan və aclıqdan öldü

Bu il Liviya sahillərində azı 650 miqrant həlak olub.

Liviyanın Sabrat şəhərinin sahilində balıqçılar qayıqda 28 qeyri-leqal miqrantların cəsədini aşkar ediblər.

Publika.az "TASS"a istinadən xəbər verir ki, miqrantların aclıqdan və susuzluqdan öldükləri ehtimal olunur.

Rəsmi açıqlamaya görə, qayığın mühərrikinin sıradan çıxması səbəbi ilə onlar dənizin ortasında qalıblar.

Qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsi ilə Avropaya düşmək istəyən qeyri-leqal miqrantlar üçün əsas tranzit məntəqəsi sayılır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Liviya sahillərində azı 650 miqrant həlak olub və ya itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm