Koreyada nüvə müharibəsi başlayır – İlk vurulacaq 4 HƏDƏF - – FOTOLAR
Bizi izləyin

Dünya

Koreyada nüvə müharibəsi başlayır – İlk vurulacaq 4 HƏDƏF - – FOTOLAR

Qarşılıqlı hərbi təhdidlər pik həddə çatıb

İki dövlət arasında müharibə başlayacağı təqdirdə, ABŞ-ın Şimali Koreyada vuracağı 4 əsas hədəfin adları açıqlanıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, əgər Şimali Koreya rəhbərliyi geri çəkilməzsə və hərbi təhdidləri davam etdirərsə, ABŞ ordusu Şimali Koreyada yerləşən 4 əsas hədəfi vuracaq. Bunlar Şimali Koreyanın Punggye bölgəsində yerləşən nüvə silahlarının sınaq qərargahı, Sinpo liman şəhərindəki sualtı nüvə silahları bazası, Yongbyon şəhərindəki nüvə təsisatı mərkəzi və Tongçang bölgəsindəki raket atəşi qərargahıdır.

BBC-nin Pentaqondakı mənbədən əldə etdiyi məlumata görə, Şimali Koreyanın sözügedən 4 məxfi hərbi bazası ABŞ-ın əsas hədəfləri sırasındadır.

Nüfuzlu ingilis mediası ABŞ-ın həmin obyektləri necə vuracağını da açıqlayıb:

“ABŞ-ın hərbi sualtı və suüstü gəmiləri Yapon dənizindən Şimali Koreyanın nüvə obyektlərini çox rahatlıqla vura biləcək. Hazırda ABŞ-ın nüfuzlu və nəhəng “USS Carl Vinson” təyyarədaşıyan və döyüş gəmiləri çox qısa vaxtda bölgəyə çatmaq imkanına malikdir. Bundan başqa, “Pentaqon” “USS Nimitz” və “USS Ronald Reagan” təyyarədaşıyan döyüş gəmilərini də Koreya yarımadasına göndərib. Hazırda ABŞ ilə Şimali Koreya arasında müharibə riski ən yüksək səviyyədədir. Qarşılıqlı hərbi təhdidlər pik həddə çatıb”.

BBC son vəziyyətlə bağlı Şimali Koreyanın xarici işlər nazirinin müavini Han Song-ryoldan da müsahibə alıb.

Nazir müavini müsahibəsində deyib ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, raket sınaqları davam etdiriləcək:

“Əgər ABŞ bizə qarşı hər hansı hərbi hücuma cəhd edərsə, buna nüvə silahı ilə cavab verəcəyik. Şimali Koreya ordusu uzaq mənzilli “Taepodong 2” raketlərinə malikdir. Bu raketlərlə biz ABŞ, İngiltərə və Türkiyəni çox rahatlıqla bura bilərik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm