Buş təcili xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Dünya

Buş təcili xəstəxanaya yerləşdirildi

Corc Buşun səhhəti normallaşsa da, həkim nəzarətindədir.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) 41-ci prezidenti (1989-1993-cü illərdə) və 43-cü vitse-prezidenti (1981-1989-cü illərdə), “ata Buş” kimi tanınan Respublikaçılar Partiyasının nümayəndəsi Corc Herbert Uoker Buşun səhhəti yenidən pisləşib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Corc Buş təcili olaraq xəstəxanaya yerləşdirilib.

Hazırda həyatda olan ABŞ-ın ən yaşlı keçmiş prezidenti Corc Buş sətəlcəm olub. 92 yaşı olan eks-prezident xəstəxanada həkimlərin nəzarəti altındadır.

Buşun sözçüsü yazılı açıqlama verərək bildirib ki, Corc Buşun səhhəti normallaşsa da, həkim nəzarətindədir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm