Rusiya qafqazlı İŞİD-çilərin sayını açıqladı
Bizi izləyin

Dünya

Rusiya qafqazlı İŞİD-çilərin sayını açıqladı

Şimali Qafqazın 2,7 min sakini Suriya və İraqda terrorçu təşkilatların tərkibində vuruşurlar.

Şimali Qafqazın 2,7 min sakini Suriya və İraqda terrorçu təşkilatların tərkibində vuruşurlar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Beynəlxalq terror təşkilatlarının fəaliyyətinə cəlb olunmuş vətəndaşlar xüsusi təhlükə yaradırlar. Əldə edilən məlumatlara görə, Suriya və İraqdakı terror təşkilatların tərkibində Şimali Qafqazın 2,7 min sakini vuruşur. Qanunsuz silahlı birləşmələri üçün döyüşçü yığan 66 şəxs aşkar edilib”, - Patruşev Həştərxanda keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Mərkəzi Asiya regionundan olan missionerlərin dağıdıcı fəaliyyəti buna imkan yaradır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm