CHP-nin referendumla bağlı tələbi rədd edildi
Bizi izləyin

Dünya

CHP-nin referendumla bağlı tələbi rədd edildi

Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.

Türkiyə Yüksək Seçki Komissiyası (YSK) aprelin 16-da keçirilən referendum nəticələrinin ləğv edilməsi ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) etdiyi müraciətə baxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, YSK partiyanın tələbini rədd edib.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.

CHP referendumda möhürsüz bülletenlərin sayıldığını əsas gətirərək nəticələri tanımadığını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm