Alliqatorlar peşəkar ovçunu yedilər
Bizi izləyin

Dünya

Alliqatorlar peşəkar ovçunu yedilər

Hazırda məhkəmə tibbi ekspertləri qalıqların itən ovçuya aid olub-olmadığını yoxlayırlar.

Zimbabvedə iki alliqator-timsahın bədənlərində Cənubi Afrika Respublikasından olan peşəkar ovçu Skott van Zilin qalıqlarını aşkar ediblər.

Publika.az xəbər verir ki, bu haqda “Daily Telegraph” nəşri bildirib.

Ovçu keçən həftə itib. Nəşrin məlumatına görə, o, Zimbabvedən həmkarı və bir neçə iti ilə gedirmiş. Ovçular müəyyən vaxt sonra avtomobili tərk edərək başqa-başqa istiqamətlərə gediblər. Həmin vaxtdan Zili heç kim görməyib.

Sahibsiz itlər düşərgəyə qayıdıblar. Xilasedicilər və dalğıcların iştirakı ilə axtarış əməliyyatı keçirilib. Axtarışlara həmçinin vertolyot da cəlb edilib. Bir müddət sonra Limpopo çayının kənarında Zilin çantası aşkar edilib. Polis yaxınlıqda yaşayan iki alliqatordan şübhələnib və onları vurmaq barədə qərar qəbul edib.

“Biz heyvanların bədənlərində insan bədəninin fraqmentlərinə oxşar nəyisə aşkar etdik”, - əməliyyatın iştirakçılarından olan Sakki Luvrens nəşrə danışıb.

Hazırda məhkəmə tibbi ekspertləri qalıqların itən ovçuya aid olub-olmadığını yoxlayırlar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm