Dünya
Putini “qatil” adlandıran aparıcı işdən çıxarılır
ABŞ-ın “Fox News” telekanalı Rusiya prezidenti Vladimir Putini “qatil” adlandıran aparıcısı Bill Oreyli işdən çıxara bilər.
Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “The Wall Street Journal” qəzeti bildirib.
Nəşrin məlumatına görə, aparıcı ətrafında yaranan qalmaqallar onu işindən məhrum edə bilər. KİV aprelin əvvəlində bildirib ki, “Fox News” ədəbsiz davranışda Bill Oreyli ittiham etmiş 5 qadına 13 milyon dollar ödəyib.
Bundan sonra Amerikanın ictimai fəalları aparıcını işdən çıxarmağı tələb etdilər. O, aprelin 11-dən efirə çıxmırdı.
Xatırladaq ki, fevral ayında ABŞ prezidenti Donald Trampla müsahibə zamanı aparıcı Putini “qatil” adlandıraraq onun ünvanına ittihamlarla çıxış edib. Aparıcının bu qalmaqallı çıxışından sonra rəsmi Moskva “Fox News” və aparıcıdan üzrxahlıq gözlədiyini bəyan edib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putinin ünvanına səsləndirilmiş bu sözlər qəbuledilməz və təhqiramizdir.
Lakin Bill Oreyli öz ifadəsinə görə üzr istəməyə hazırlaşmadığını bildirib. “Mən üzr istiqamətində işləyirəm, amma bu, müəyyən vaxt apara bilər. Bunu 2033-cü ildə yoxlaya bilərsiniz”, - o bildirib.
Ömər
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR