İdlibdə kimyəvi silahdan istifadə olunduğu təsdiqləndi
Bizi izləyin

Dünya

İdlibdə kimyəvi silahdan istifadə olunduğu təsdiqləndi

Qüvvələr bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edir.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə KSQT-nın yaydığı bəyanatda deyilir.

“Üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb”, bəyanatda deyilir.

Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm