Ağ evin mühafizəsi gücləndirilir
Bizi izləyin

Dünya

Ağ evin mühafizəsi gücləndirilir

Bu addım Ağ ev ərazisinə daxil olmaq cəhdlərinin artması ilə əlaqədar atılıb.

ABŞ hökuməti prezident iqamətgahının ən məşhur tamaşa edilməli yerini ziyarətçilər üçün bağlayır və onun ətrafında təhlükəsizlik perimetrini genişləndirir.

"Report" "USA Today"ə istinadən xəbər verir ki, cənub tərəfdən evin hasarı boyunca ərazi əhali üçün bağlanıb.

Məxfi Xidmət yerli sakinlər və turistlər üçün məşhur gəzinti yeri olan "Ellips"ə qədər olan əraziyə girişi məhdudlaşdırmağa hazırlaşır.

Qeyd olunur ki, bu addım Ağ ev ərazisinə daxil olmaq cəhdlərinin artması ilə əlaqədar atılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm